Slimfit
  1. CƏMİYYƏT

Komitə sədri: “Dini təriqətlərin təsirinə məruz qalanlar az deyil”

Komitə sədri: “Dini təriqətlərin təsirinə məruz qalanlar az deyil”
Sakura

Komitə sədri: “Dini təriqətlərin təsirinə məruz qalanlar az deyil”

Bu gün Azərbaycanın rayonlarında, kəndlərində həssas ailələr var ki, onlarda ciddi faciələr baş verdikdən sonra dövlət qurumları bu barədə xəbərdar olur. Belə ailələr sırasında radikal dini təriqətlərin təsirlərinə məruz qalanlar da az deyil.
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadınlara və qızlara qarşı zorakılığa son" kampaniyasına həsr olunmuş dəyirmi masada deyib.

Onun sözlərinə görə, çox vaxtı nəticə ilə mübarizə aparılır. Halbuki vaxtında bu cür ailələrlə profilaktik iş aparılsa, ağır hallar baş verməz.

"Məişət zorakılığı üzrə Məlumat Bankına yığılan məlumatlar təhlil edilir, hansı bölgələrdə problemlərin yarandığı aşkar edilir. Ailədə zorakılığın ən son həddində hüquq-mühafizə orqanlarına məlumat verilir. Bir çox hallarda isə bu barədə uzun müddət informasiya verilmədiyindən zorakılığın ağır nəticələri ilə müşahidə olunan cinayətlər baş verir. Bu isə öz növbəsində ailə-məişət zorakılığının qurbanlarının sayına təsir edir. Yığılan məlumatlara əsasən, qadınlara qarşı zorakılığı törədənlər daha çox onların həyat yoldaşlarıdır. Bu, 68,4 faizdir. İkinci sırada keçmiş həyat yoldaşları dayanır ki, 12,1 faiz təşkil edir. Növbəti sırada qeyri-rəsmi yaşadığı kişi tərəfindən zorakılığa məruz qalanlardır. Bu da 11,9 faizdir" .
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR