Slimfit
  1. CƏMİYYƏT

Komitə sədri boşanmalar barədə: "Valideynlər ciddi yanaşmır"

Komitə sədri boşanmalar barədə: "Valideynlər ciddi yanaşmır"
Sakura

Komitə sədri boşanmalar barədə: "Valideynlər ciddi yanaşmır"

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda boşanmaların qarşısının alınması üçün təkliflər səsləndirib.

Deputat Oxu.Az-a açıqlamasında deyib ki, boşanmağı düşünən ailələrə vaxt verilməlidir.

Onun sözlərinə görə, qeydiyyat şöbələrində barışıq missiyası olan qurumlar olmalıdır ki, boşanmaq istəyənlərə vaxt versinlər:

"Bundan başqa, valideynlər də öz tövsiyələri ilə ər-arvadı bu yoldan çəkindirməlidirlər". 

Millət vəkili boşanmaların səbəblərindən də söz açıb. A.Naxçıvanlının fikrincə, cütlüklər ailə qurarkən dərindən düşünmür və tələskənliyə yol verirlər:

"Gənclər bəzən şan-şöhrətə aldanıb ailə qururlar. Yerlərdə maarifləndirmə işləri zəif gedir. Əlbəttə ki, ailələrin də böyük nöqsanları var. Valideynlər gənclərin evlənməsi məsələsinə çox ciddi yanaşmır". 

Qeyd edək ki, 2019-cu ilin altı ayında qeydiyyat şöbələri tərəfindən 8257 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 7219 olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR