Dərc edildi: Baxış sayı: 544
Komitə 800-ə yaxın torpaq cəriməsi yazıb
Torpaqlardan təyinatına uyğun və səmərəli istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 800-ə yaxın inzibati protokol tərtib edilib. Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsinin nəzarəti ilə əlaqədar isə bu rəqəm 78-dir.
Azvision.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə deyilib. Qeyd olunub ki, ümumilikdə 25 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb və əldə edilən nəticələr real şəraitdə praktiki istifadə üçün yerli icra hakimiyyətlərinə, aidiyyəti qurumlara elektron formada təhvil verilib.
Hesabat dövrü ərzində 600 min hektardan artıq ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri, 1.2 milyon hektara yaxın ərazidə isə çöl geobotaniki tədqiqatı işləri aparılıb.
Hesabat dövrü ərzində 600 min hektardan artıq ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri, 1.2 milyon hektara yaxın ərazidə isə çöl geobotaniki tədqiqatı işləri aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət