Slimfit
  1. PSİXOLOGİYA

Komarovskidən uşaq tərbiyəsinin əsas şərtləri

Komarovskidən uşaq tərbiyəsinin əsas şərtləri
Sakura

Komarovskidən uşaq tərbiyəsinin əsas şərtləri

Özünüzü yaxşı valideyn adlandırmaq üçün hansı özəlliklər sahibsiniz? İlk baxışdan bu anlayış çox mübahisəlidir. Çünki cavablar da müxtəlifdir. Əslində isə bu titula layiq görülmək üçün sadəcə bir sıra şərtlərə əməl etmək lazımdır.

Publika.az məşhur pediatr Yevgeni Komarovskinin yaxşı valideyn olmağın şərtləri haqda fikirlərini təqdim edir.

Xüsusən də gənc valideynlər övlad tərbiyə etməkdə çətinlik çəkirlər. Bunun savadla heç bir əlaqəsi yoxdur. Sadəcə daha müdrik olmaq lazımdır. Unutmayın ki, yaxşı valideyn səhvləri üzərində öyrənməkdən çəkinmir.

Məsələn pedoqoji qanunları pozmaq doğru deyil. Uşağa konfet yemək olmaz. O isə ağlayıb qışqırmağa başlayır. Bununla istədiyinə nail olmaq istəyir. Unutmayın ki, obyektiv həqiqət yoxdur. Hətta övlad tərbiyəsində bu anlayışa rast gəlnmir. Çünki zaman keçdikcə trendlər də dəyişir. Hər bir valideyn arxasında şübhə, səhv qoyub yola davam etmək haqqına malikdir. Bu təbii insan halıdır.

Tutaq ki, uşaq ət yeməkdən imtina edir. Onu həkimə aparmağa gərək varmı? Bu zaman tələsmədən qida rasionuna nəzər salın. Əgər o balıq, yumurta, süd kimi qidaları qəbul edirsə, gemoqlabini normadadır, narahatlığa və məcburiyyətə gərək yoxdur. Çünki o heyvani zülallardan məhrum deyil.

Ata uşağın tərbiyəsində rol oynayırmı?

Belə bir stereotip var ki, ana uşağa atadan daha yaxındır. Amma unutmayın ki, övlad dünyaya gələn gündən etibarən hər iki valideyn bu mövzuda bərbərhüququdurlar. Hətta pediatr seçimindən tutmuş bağça seçiminədək qərarlar birgə qəbul edilməlidir.

Ətrafdakı insanlar sizə məshələt verməkdən sanki həzz alırlar. Xüsusən də valideynləriniz övladlarınızın tərbiyəsində özlərini ekspert kimi aparacaqlar. Nənələr, babalar təbii ki, bu çətin yolda təcrübələrini bölüşə bilərlər. Amma övladınızın əvəzinə məsuliyyətli qərar vermək haqları yoxdur. Məsələn uşağınıza dayə tutmaq istəyirsiniz. Nənə isə inadla mən özüm ona baxaram, buna gərək yoxdur-deyir. Qərarınızdan dönməyin. Övladınızın düzgün yetişməsi üçün lazım bildiyinizi etməkdə azadsınız.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR