Slimfit
  1. AZƏRBAYCAN

"Komandirimə məruzə edirdim ki, narahatam, inanmırdı”

"Komandirimə məruzə edirdim ki, narahatam, inanmırdı”
Sakura

"Komandirimə məruzə edirdim ki, narahatam, inanmırdı”

Unudulmuş əsgərəm ,6 ildir cavanlığım dörd divar arasında çürüyür”.
 
25 yaşlı Xəyyam İsmayılov Toplum.Tv-yə belə deyir. 
 
O, 6 ildir ki, əlil arabasındadır. 
 
2012-ci ilin yanvar ayınında həqiqi hərbi xidmətə çağırılan Xəyyamın sonradan səhhətində problemlər yaranıb. Onu hərbi hissədəki xəstəxanaya yerləşdiriblər. Xəstəxanada cəmi 3 gün qalıb. 
 
Deyir ki, vəziyyəti  yaxşı olmasa da, öz vəzifəsini yerinə yetirməyə davam edib: "Öz-özümə "yaxşıyam” deyə-deyə hərbi xidmətimi davam etdirdim. Özümü yaxşı olduğuma inandırdım, amma vəziyyətim getdikcə pisləşdi”.
 
 "Özümü yaxşı olduğuma inandırırdım...”
 
15 gün sonra Xəyyam İsmayılovun vəziyyəti daha da pisləşib: "15 gün sonra sidik kisəm partlayanda hər şey yadıma düşdü. Sidiyə çıxa bilmirdim. 38-39 dərəcə qızdırma ilə "naryad”a (növbə) çıxırdım. Komandirimə məruzə edirdim ki, narahatam, amma inanmırdı”.
 
"Gözümü hospitalda açdım...”
 
""Naryadı” təhvil verib növbətçi komandirə məruzə edəndə, "Əsgər İsmayılov növbədə durduğu müddətdə heç bir hadisə baş verməyib”, - deyəndə yıxılmışam. Bir də gözümü Papanindəki hərbi hospitalda açdım”, – başına gələnlərdən danışır.
 
Həkimlər ona onurğa beyni iflici diaqnozu qoyublar. O vaxtdan da həyatını əlil arabasında davam etdirir.
 
Xəyyam İsmayılov Respubilka Əlillərin Bərpa Mərkəzində müalicə alır. Deyir ki, xəstəxana xərclərini güclə ödəyir: "Xəstəxanaya 3-5 manat ödəməyəndə adama minnət qoyurlar. Evdən oğurluq edib qaçanda yıxılıb əlil olan adam da 155 manat pensiya alır, mən də. Bu pul nə dərmanıma çatır, nə də yeməyimə”.
 
"Evsizlikdən xəstəxanalarda qalıram...”
 
Xəyyam İsmayılovun sözlərinə görə, atası onun başına gələnlərdən sonra infakt keçirib. Anası isə onkoloji xəstəlikdən əziyyət çəkir.
 
Əvvəllər kirayədə yaşayan Xəyyamın indi qalmağa yeri də yoxdur. Bununla bağlı dövlət qurumlarına müraciət etsə də, heç biri nəticəsi yoxdur: "6 ildir qapısını döymədiyim dövlət qurumu qalmayıb. Mehriban Əliyevanın da qəbuluna getmişəm. Məni Məlahət Paşayeva qəbul etdi, dərdimi ona danışdım, amma səsimə səs verən olmadı.  Mehriban xanım Məlahət Paşayevanı ora qoyub ki, xalqa xidmət etsin, lakin hamıya yuxarıdan aşağı baxırlar. Mehriban xanımı da aldadırlar”.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR