Dərc edildi: Baxış sayı: 538
Komadan ayılan futbolçunun ailəsi 'Ayaks'dan təzminat istəyir
Hollandiya “Ayaks”ının 2 il 8 aydan sonra komadan ayılan futbolçusu Abdelhak Nurinin ailəsi klubdan təzminat tələb edir.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, Amsterdam təmsilçisi “uyğunsuz müalicə” səbəbindən 23 yaşlı yarımmüdafiəçinin ailəsinə 5 milyon avro təzminat təklif edib. Ailə isə bu məbləği qəbul etməyib və daha çox istədiklərini klubun rəsmilərinə bildirib.
Qeyd edək ki, Abdelhak Nuri 2017-ci ilin yayında Almaniya “Verder”i ilə yoldaşlıq görüşündə huşunu itirib. Klub oyunçuya meydanda tətbiq olunan tibbi müayinənin yetərsiz olduğunu və onun beynindəki problemin buna görə qaldığını etiraf edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət