Dərc edildi: Baxış sayı: 345
Komada olduğu deyilən Kim Çen Inın yeni görüntüləri
Ötən günlərdə komada olduğu deyilən Şimali Koreya lideri Kim Çen Inın yeni görüntüləri yayımlanıb.
Ens.az MediaPost.-a istinadən xəbər verir ki, Çen Inın partiya konqresində rəsmilərlə görüşü baş tutub. Nümayəndələrlə görüşən Kim Çen Şimali Koreya rəsmilərinə koronavirus pandemiyası və ölkədə təsirli olacağı gözlənilən “Bavi” qasırğasına qarşı görüləcək tədbirlər barədə xəbərdarlıq edib.
Xatırladaq ki, Cənubi Koreyanın sabiq prezidentlərindən Kim Da Conqun məsləhətçisi olan Çanq Sonq Min Kim Çen Inın vəziyyətinin ağır olduğu ilə bağlı açıqlama vermişdi.
Qeyd edək ki, Kim Çen In haqqında aprel ayında da ürək əməliyyatı keçirdiyi və öldüyü ilə bağlı xəbərlər yayılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət