Slimfit
  1. AZƏRBAYCAN

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin diplomatik fəaliyyəti başa çatıb

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin diplomatik fəaliyyəti başa çatıb
Sakura

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin diplomatik fəaliyyəti başa çatıb

 Xarici işlər naziri Elmar MəmmədyarovKolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Marta Ines Qalinda Penyanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Kolumbiya arasında mövcud olan ikitərəfli münasibətlər, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə olunub, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Marta Ines Qalinda Penyadiplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov Azərbaycan və Kolumbiya arasında münasibətlərin inkişafına verdiyi töhfələrinə görə Marta Ines Qalinda Penyaya təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR