Dərc edildi: Baxış sayı: 657
Kolleclərə ixtisas seçimi: 4 gün qaldı
2018/2019-cu tədris ili üçün Azərbaycanın tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə sentyabrın 1-dən 5-dək ixtisas seçimi aparılacaq.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 30-dan, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılır. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanında (11-ci siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
İxtisas seçimi sentyabrın 1-dən 5-dək internet vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını isə yalnız qabiliyyət imtahanlarından “məqbul” alan və test imtahanında topladıqları ümumi balı 25-dən olmayan abituriyentlər seçə bilərlər. Fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir. Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.
Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:
- Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28
- Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M
Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (xidmətə keçid: https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/ejurnal/)

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət