Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Köklüyə yol açan səbəb açıqlandı

Köklüyə yol açan səbəb açıqlandı
Sakura

Köklüyə yol açan səbəb açıqlandı

Yuxusuz gecələr kaloriyə çevrilir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika Biokimya və Molekulyar Biologiya Dərnəyi artıq çəki ilə bağlı qeyri-adi araşdırma aparıb. Təcrübədə 15 gənc iştirak edib. Onlar əvvəlcə bir həftə evdə rahat istirahət edib, sonrakı 10 iş günündə beş saatdan çox yatmağa icazə verilməyib.

Araşdırma çərçivəsində iştirakçılara yüksək yağlı qidalar verilib, ancaq yuxusuzluq nəticəsində yeməkdən daha az məmnun olduqlarını hiss ediblər. Yuxu çatışmazlığının metabolizmaya təsirini izləmək üçün iştirakçılar qan analizləri verib. Təhlillər göstərib ki, yuxu çatışmazlığı yeməkdən sonra lipid mübadiləsinə mənfi təsir edir. 10 gündən sonra könüllülər on saat yata bilib. Nəticədə maddələr mübadiləsinin yaxşılaşdığı məlum olub, lakin ilkin səviyyədə bərpa olunmayıb.

Tədqiqat bədənin yuxusuzluğa maddələr mübadiləsinin pozulması və yağlanması ilə reaksiya verdiyini ortaya qoyub. Yuxusuzluq çəkinin artmasına səbəb olur, bu, nəinki aclıq hissini artırır, eyni zamanda kalorinin yandırılma sürətini də yavaşladır. Buradan belə çıxır ki, yuxu rejiminin normal olması köklüyün qarşısını ala bilər.

Yeri gəlmişkən, başqa bir araşdırma yuxusuzluğun insanın qeyri-sağlam qidalanmasına gətirib çıxardığını ortaya qoyub. İsveçrə alimləri isə sübut edib ki, hətta yuxusuz keçirilmiş bir gecə ertəsi gün maddələr mübadiləsini ləngidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR