Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kökəlmək istəyənlərin etdiyi 8 yanlış

Kökəlmək istəyənlərin etdiyi 8 yanlış
Sakura

Kökəlmək istəyənlərin etdiyi 8 yanlış

Kökəlmək istəyənlər ilk növbədə həkimə gedərək kökəlməsinə mane ola biləcək hər hansı sağlamlıq probleminin olub olmamasını öyrənməlidir. Həzm sistemi pozuntusu, maddələr mübadiləsini sürətləndirən hipertirod kimi hormonal problemlər, bağırsaq parazitləri, udqunma pozuntusu bu halda ağıla gələn ilk problemlərdir.

Gencaile.az” kökəlmək istəyənlərin etdiyi 8 yanlış hərəkəti təqdim edir.

Yeməkləri ötürmək. Əsas yeməkləri yeməmək, arada heç nə atışdırmamaq kökəlmək istəyənlərin etdiyi ən böyük səhvdir. Yemək istəyinizi artıra bilmək üçün əsas və ara yeməkləri vaxtında yeməlisiz.

Yeməklə birlikdə maye qəbul etmək. Yeməkdən əvvəl, ya da yemək zamanı su içmək kiçik mədənizi dolduracaq, yeməyə yer qalmayacaq.

Çox yavaş yemək. Yeməyə başladıqdan 15-20 dəqiqə sonra toxluq hissi yaranır. Çox yavaş-yavaş yesəniz, həmin vaxtı keçən kimi kalori qəbulu daha az olur.

Yeməyə şorba ilə başlamaq. Doyma hissinin daha tez yaranmasına səbəb olur.

Salatı yeməyə başlarkən yemək. Ana yeməyi yedikdən sonra salatı yeməlisiz. Çox fərqli souslar istifadə etmək də kalori almanıza kömək edəcək.

Həcmi böyük və kalorisi az olan yeməklər yemək. Sousu bol, kalorisi artıq olan həcmi böyüdülmüş qidalar yeyin. Qiyməli və pendirli makaron yeməklərinə yer ayıraraq daha çox kalori ala bilərsiz.

Çox yağlı qidalar yemək. Kökəlmək üçün çox yağlı və qızartma yeməklər yemək düzgün olmaz. Yağ mədədə uzun müddət qaldığından acmanızı gecikdirir. Sobada,  qaynadılmış, buğlama yeməkləri yeyin.

Ara yeməklərdə sadəcə meyvə yemək. Meyvələr yüksək liflə zəngin olub mədədə köp yaradarsa, kilo almaq üçün eyni həcmdə daha yüksək kalorili ara yeməklərə üstünlük verin. Balqabaq şirniyyatı, südlü şirniyyatların üzərinə qoz, fındıq, badam əlavə edib yeyin. Ara yemək zamanı qozlu keks və meyvə suyu içə bilərsiz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR