Kofenin inanılmaz faydası üzə çıxdı
Kofe çoxumuzun əvəzsiz içkisidir. Hətta bəzilərimiz səhər oyanar-oyanmaz bir fincan qəhvə içməsək, günümüz sönük keçir.
Neyrologiya üzrə mütəxəssis Mehmet Yavuz hər gün kofe içməyin faydalarından danışıb.
Publika.az xəbər verir ki, kofe ən qədim tarixi olan içkilərdən biridir. Günlərin bir günü misirli çoban kofe çəyirdəkləri yeyən qoyunlarının daha fəal olduğunu sezir. Beləcə, özü də enerji bəxş edən bitkini dəmləyib içib. Güman olunur ki, kofe dünyaya bu yolla yayılıb.
Kofenin tərkibində olan maddələr beyinə xəbərdarlıq verir. Beyin oyaq qaldıqca orqanizmdə adenozin adlı maddə artmağa başlayır. Adenozinin miqdarı artdıqca, insan özünü daha yorğun hiss edir. Kofenin tərkibindəki kafein isə qan dövranı ilə beyinə nüfuz edir. Beləcə, adenozinin fəaliyyəti zəifləyir, və özümüzü daha gümrah hiss edirik. Dünyada neftdən sonra ən çox istifadə olunan kofenin də əsas sirri yəqin ki, bu xüsusiyyətidir.
Bəs kofenin yaddaşı gücləndirdiyini bilirdiniz?
Son zamanlar Alzeymerlə bağlı aparılan araşdırmalar kofenin növbəti özəlliyini üzə çıxarıb. Lakin unutmayın ki, burada yaş faktoru da önəmlidir. Məsələn, uşaq vaxtı içilən kofe beyin hüceyrələrinin sayını azaldırsa, yaş artdıqca yaddaşı gücləndirir. Alzeymerin inkişafında güclü rolu olan beta amilioid kafeinlə düşməndir. Çünki qəhvə amilioidin inkişafına nəzərəçarpacaq dərəcədə mane olur.
Mütəxəssislər kofenin yaddaşa təsirini sübut edən araşdırma aparıblar. Kofe içən və heç qəbul etməyən insanları iki qrupa ayırıblar. Hər iki qrupa şəkillər göstəriblər. Sonra birinci dəstəyə kafein tərkibli tabletlər, digərinə isə heç bir təsiri olmayan həb veriblər. Ertəsi gün fotolarda çox kiçik dəyişiklik edib yenidən komandalara göstəriblər. Kafein qəbul edən, kofe içən qrup bu fərqi daha rahat çözüb. Odur ki, alimlər güclü yaddaşa sahib olmaq üçün hər gün bir fincan kofe içməyi tövsiyə edirlər.
Gün ərzində bir fincan kofe həmçinin beyin fəaliyyətini gücləndirir. Depressiya riskini azaldıb ruhu sağaldır. Metabolizm sistemini gücləndirir. Yorğunluğu aradan qaldırır.
Amma xatırladaq ki, mağazalarda satılan ədədi kofe paketləri yalnız və yalnız kimyəvi maddələrdən ibarətdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət