Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kofein: xeyri və ziyanları

Kofein: xeyri və ziyanları
Sakura

Kofein: xeyri və ziyanları

Gündəlik isti və soyuq içkilərin əksəriyyətində olan kofein, beynimizə və bədənimizə əhəmiyyətli təsir göstərir. Kofein nədir? Qəhvə və çayda kofein varmı?

Foodinfo.az kofein haqqında maraqlı araşdırma təqdim edir:

Kofein nədir?

Dünyada ən azı 63 bitki növünün yarpaqları, toxumları və ya meyvələrində təbii olaraq meydana gələn bir maddə olan Kofein, çay, qəhvə və ya kakao (və şokoladda) təbii olaraq tapılır. Kofeinin ən tanınmış qaynaqları qəhvə və kakao dənələri və çay yarpaqlarıdır.

Kofein aslılığı həqiqətdirmi?

Daimi olaraq yüksək miqdarda kofein istehlak edən və sonra kofein qəbulunu sürətlə və çox azaldan bəzi insanlar, iki gündən bir həftəədək davam edən baş ağrısı və yorğunluq kimi müvəqqəti simptomlar yaşayır. Hər hansı bir maddənin olduğu kimi, bəzi insanlar kofeine qarşı daha həssasdırlar.

Kofeinin fizioloji təsirləri hansılardır?

Kofein insanlara yumşaq stimulant təsir göstərir. Farmakoloji təsirlər daimi deyil və adətən bir neçə saat ərzində olur. Kofein bədəndə yığılmır və istehlakdan bir neçə saat sonra bədəndən atılır. Kofeinə qarşı həssaslıq insandan-insana dəyişir. Kofeinin təsirini araşdırarkən bir çox amil nəzərə alınmalıdır. Qəbul edilən midar, istifadə aralığı, şəxsin metabolizmi və həssaslığı önəmlidir.

Nə qədər kofein qəbul edilə bilər?

Yetiçkin insanlar üçün kifayət qədər kofein qəbulu 2 – 3 fincan qəhvə, başqa sözlə tərkibində kofein olan 56 banka spirtsiz içkiyə (330ml) bərabərdir. Orta hesabla, bunlar gündə 300 mq kofeinə bərabərdir ki, hər hansı sağlamlıq problemi yaratmır.

Kofein hansı içkilərdə istifadə olunur?

Kiçik kofein miqdarı spirtli içkilərdə istifadə olunur. Digər qida və içkilərdə istifadə edilən kofein, qarışıq miqdarından asılı olaraq ətirli içkilərin ümumi dadını və qoxusunu verir. Kofein bəzi sərinləşdirici içkilərə az acı dad versə də bəzilərində sadəcə dad kimi istifadə olunur. Kofein enerji içkilərində də istifadə olunur.

Fidan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR