Slimfit
  1. MARAQLI

Kofein haqqında yanlış bildiyimiz doğrular

Kofein haqqında yanlış bildiyimiz doğrular
Sakura

Kofein haqqında yanlış bildiyimiz doğrular

Kofein istehlakı ilə bağlı məlumatlandırıcı işlər nə qədər aparılsa da, müşahidələr göstərir ki, insanlar arasında kofeinə hələ də güvənməyənlər, kofeinli qidalar içərisində ən məşhurlardan olan enerji içkilərinə isə sərt mövqedə olanlar var.

İstehlakçıların tərəddüdlərini aradan qaldırmaq və cəmiyyətdə məlumatlılıq yaratmaq məqsədilə media araşdırması apardıq. Aşağıda kofeinlə bağlı sizə təqdim edəcəyimiz faktlar çox təəssüf ki, mediada yetərincə işıqlandırılmayıb.

Oxucularımızın daha rahat seçim edə bilməsi üçün kofein haqqında bilinməyən məlumatları diqqətə çatdırırıq:

Kofein yaddaşı gücləndirir

2001-ci ildə aparılan araşdırma göstərir ki, kofeinli qidalar, xüsusən enerji içkilərinin istehlakı beyinə müəyyən təsir göstərir və nəticədə, yaddaşı gücləndirir, insanın hadisələrə reaksiya müddətini azaldır.

Kofein öyrənmə fəaliyyətini yaxşılaşdırır

Şimali Kentukki Universitetinin nümayəndəsi Sesil Markzinski (Cecile A. Marczinski) bildirib ki, kofein beyinin informasiya qəbuluna bir çox aspektdən müsbət təsir göstərir. Kofein sayəsində diqqətimizi daha yaxşı cəmləyə bilirik, hadisələrə reaksiya müddətimiz azaldığı üçün yaddaşımız yaxşılaşır və nəticədə, psixo-motor sürətimiz artır.

Enerji içkilərinin istehsalı Avropa Birliyində ciddi nəzarətdədir və hərtərəfli tənzimlənir

İstehlakçılar üçün Qida Məlumatlılığı Nizamnaməsi (AB) 2014-ci ildən etibarən Avropada kofeinli içkilərin etiketlenməsini tənzimləyir. Bu qaydalar istehsalçılardan kofeinin miqdarının həmişə qablaşdırmada göstərilməsini tələb edir. Beləliklə, istehlakçıların kofein qəbulunu tənzimləməsinə və məlumatlı formada seçim etməsinə imkan verir.

Günorta saatlarında da kofeinli qida və içkilər qəbul etmək olar

Bəzi insanlar kofein tərkibli qidalar və içkiləri günorta saatlarında qəbul etməkdən imtina edirlər. Çünki kofeinin gümrahlıq verici təsiri sayəsində gecə saatlarında yuxusuzluq problemi yaşayacaqlarından çəkinirlər.

Elmi araşdırmalar sübut edib ki, istənilən kofein tərkibli məhsul qəbul edildikdən 4-5 saat sonra orqanizmdə yarısı mənimsənilir və təxminən 8 saat sonra kofein təsiri itir. Buna görə də günorta saatlarında qəbul etdiyimiz kofeinli qida və içkilərin təsiri gecə yuxusuna qədər itmiş olur.

Enerji içkilərinin çoxsaylı dadları olur

Bəzi insanlar kofeinin gümrahlaşdırıcı təsirindən faydalanmaq istəsə də, çay və ya qəhvənin dadını xoşlamaya bilər. Enerji içkiləri çay və ya qəhvənin dadını xoşlamayanların köməyinə çatır. Çünki enerji içkiləri çoxsaylı dadlarla satışa çıxarılır. Məsələn, çiyələk, gilas, giləmeyvə və sair dadlı enerji içkilərindən istehlak etmək mümkündür.

Qeyd edək ki, kofeinli qida və içki istehsalçıları istehlak normaları barədə daim istehlakçıları məlumatlandırmalıdır. Avropa Qida Təhlükəsizliyi Təşkilatının 2015-ci ildə 66.531 insan arasında apardığı araşdırma nəticəsində bəlli olub ki, gündəlik 250 ml qablaşdırmada beş qutu enerji içkisi içmək sağlam yetkin insan üçün heç bir risk daşımır.

Məsuliyyətli istehsalçılar isə gündə bir qutu enerji içkisi içməyi tövsiyə edir. Nəzərə almaq lazımdır ki, bütün içki və qidalar normadan artıq olmamaq şərti ilə qəbul edilməlidir. Araşdırma nəticəsində məlum olub ki, bir insan bir dəfəyə altı litr su içərsə, bu, onun orqanizminə ölümcül təsir edər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR