Slimfit
  1. İQTİSADİYYAT

KOBİA yeni elektron platforma hazırlayır

KOBİA yeni elektron platforma hazırlayır
Sakura

KOBİA yeni elektron platforma hazırlayır

Kiçik və orta biznesin (KOB) dəstəklənməsi üzrə yeni stimullaşdırıcı modellərin, sahibkarların qanuni maraqların müdafiəsi ilə bağlı onlayn platformanın və sahibkarların müasir dövrün tələblərinə uyğun "consulting" sisteminin yaradılması hazırda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) reallaşdırdığı əsas layihələr sırasındadır. ONA-nın məlumatına görə, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, bu layihələr müasir dövrün çağırışlarına uyğun yeni idarəetmə modellərinin yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi ilə müşayət edilməkdədir: "Ötən dövrdə Agentliyin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər nəticəsində kiçik və orta biznesin müəyyənləşdirilməsi üçün yeni meyarlar təsdiq olunub. Yaxın gələcəkdə KOB-lara daxili bazar araşdırılmasının aparılmasına, satış imkanlarının genişləndirilməsinə, müxtəlif layihələrin maliyyələşdirilməsinə və bu kimi digər sahələrdə dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur".

O. Məmmədov onu da bildirib ki, KOBİA-nın təşkilatçılığı və sahibkarlara maliyyə dəstəyi göstərən qurumların, o cümlədən bir sıra bankın iştirakı ilə bu ilin may ayının 2-də Agentliyin sosial media səhifəsində canlı olaraq yayımlanacaq KOB-ların maliyyə resurlarına çıxış imkanları sayəsində onlayn marifləndirmə prosesi təşkil ediləcək: "Həmçinin, sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırmaq üçün elektron platforma yaradırıq. Bununla bağlı bütün maliyyə qurumlarına partnyor olmağı təklif edirik. Yaxın zamanda platformanın təqdim olunması nəzərdə tutulur".

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR