Dərc edildi: Baxış sayı: 479
KOBİA arıçıların subsidiya ilə bağlı çətinliyini həll edib
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2 sahibkarın müraciətini müsbət həll edib.
Bu barədə "Report"a Agentlikdən bildirilib.
Məlumata görə, Sumqayıt şəhərində öz həyətyanı sahələrində arıçılıq təsərrüfatı ilə məşğul olan sahibkarlar - Vüqar Hüseynov və Kalam Bayramov arıçılıq fəaliyyətinin identikləşdirilməsi üçün hər arı ailəsinə görə nəzərdə tutulan subsidiyanın ödənilməsinə dair KOBİA-ya müraciət edib. Agentliyin Sumqayıt şəhəri üzrə “KOB Dostu”nun və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində sahibkarların müraciəti müsbət həlli olunub və onlara subsidiya ödənilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət