Dərc edildi: Baxış sayı: 618
Klubları müflis olan futbolçulara yardım ediləcək
FIFA və Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) koronavirus pandemiyası səbəbindən klubları müflis olan və ya maliyyə problemi ilə üzləşən oyunçulara maddi yardım edəcək.
"Report"un FIFPro-nun rəsmi saytına istinadən məlumatına görə, futbolçuların ödənilməyən maaşlarını iki qurumun birgə təsis etdiyi Fond verəcək.
Bundan yararlanmaq istəyənlər FIFPro-nun saytına daxil olub müraciət yerləşdirməlidirlər.
Qeyd edək ki, FIFA və FIFPro bu ilin fevralında sözügedən Fondun yaradılacağını açıqlayıb. Ali futbol qurumu ilk mərhələdə Fond üçün 16 milyon avro ayırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət