Dərc edildi: Baxış sayı: 347
Kiyevdə yeni şüşə körpü çat verib
Ukrayna paytaxtında yenicə istismara verilən şüşə körpü bir gün sonra çat verib.
“RİA Novosti” xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları körpüyə girişi bağlayıb.
Yeni körpünü şənbə günü Kiyevin meri Vitali Kliçko açıb. Səhəri gün isə nəməlum şəxslər körpünün üstündə hoppanıb və onun şüşə döşəməsini zədələyib.
Kliçkonun sözlərinə görə, bu, qəsdən törədilib.
Körpü büdcəyə 60,5 milyon qrivnaya (4 milyon manat) başa gəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət