Dərc edildi: Baxış sayı: 547
Kiyevdə soyqırıma dair konfrans təşkil olunub
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü əsasında Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutunda “Silahlı münaqişələrdə dinc əhalinin müdafiəsi” mövzusunda elmi konfrans keçirilib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xocalı soyqırımından danışıb. Bildirib ki, Ermənistan bölgədə təcavüzkar siyasətini 30 ilə yaxındır ki, davam etdirir. Beynəlxalq təşkilatların, o cümlədən BMT və ATƏT-in bütün səylərinə baxmayaraq, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından hələ də geri çəkilmək istəmir. Ona görə də Cənubi Qafqaz bölgəsində hər an silahlı toqquşma və qanlı müharibə başlaya bilər.
Ermənistan silahlı birləşmələri və separatçı qüvvələrinin törətdiyi cinayətlər barədə danışan Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev çıxışında vurğulayıb ki, regiona ermənilərin köçürülməsi nəticəsində XX əsrin əvvəlində erməni ifrat millətçiləri azərbaycanlılara qarşı öz məkrli planlarını həyata keçiriblər. Belə ki, həmin dövrdə erməni şovinistləri “Daşnaksutyun” partiyasının proqramında irəli sürülmüş “Böyük Ermənistan” ideyasını rəhbər tutaraq, azərbaycanlıların öz əzəli torpaqlarından qovulmasına yönələn etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başlayıblar.
Tədbirdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutun direktoru Valeri Kopeyka, Ukrayna hərbi prokurorluğun nümayəndəsi Anton Ruban, Xocalı hadisələrinin canlı şahidi, pilot Leonid Kravets və institutun professor-müəllim heyəti insanlığa və bəşəriyyətə qarşı cinayətlərin törədilməməsi üçün dünya birliyinin daha effektli fəaliyyətinin vacibliyini vurğulayıb.
Elmi konfransda xarici ölkələrin Ukraynadakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai-siyasi xadimlər, KİV nümayəndələri iştirak ediblər.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət