Slimfit
  1. DÜNYA

KİV: Saakaşvilinin təyinatı ilə bağlı Ali Radaya göndərilən təqdimat geri götürülüb

KİV: Saakaşvilinin təyinatı ilə bağlı Ali Radaya göndərilən təqdimat geri götürülüb
Sakura

KİV: Saakaşvilinin təyinatı ilə bağlı Ali Radaya göndərilən təqdimat geri götürülüb

Ukrayna hökuməti Mixail Saakaşvilinin Baş Nazirin müavini təyin edilməsi ilə bağlı Ali Radaya göndərdiyi təqdimatı geri götürüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “censor.net.ua” saytının baş redaktoru Yuri Butusov “Facebook”da bildirib.

Həmin məlumatı M. Saakaşviliyə yaxın mənbələr də təsdiqləyib.

Y. Butusov qeyd edib ki, buna Ali Radada sözügedən təyinatı dəstəkləyən deputatların sayının az olması və Ukrayna Prezidenti Vladimir Zelenskinin açıq şəkildə M. Saakaşvilini dəstəkləməməsi səbəb olub.

Y. Butusov əlavə edib ki, Ukrayna hakimiyyəti Gürcüstanın sabiq prezidentinin namizədliyini Odessanın meri postuna irəli sürmək niyyətindədir.

M. Saakaşvili daha əvvəl Prezident V. Zelenskinin ona Baş Nazirin islahatlar üzrə müavini vəzifəsini təklif etdiyini deyib. Gürcüstan hökuməti bu təyinatın baş tutacağı təqdirdə Kiyevdəki səfirini geri çağıracağını bəyan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR