Dərc edildi: Baxış sayı: 561
KİV: Rusiya hakerləri ABŞ elektrik şəbəkələrinə giriş əldə edib
ABŞ Dövlət Departamenti Rusiya hackerlərinin ABŞ enerji şəbəkələrinə giriş əldə etdiklərini açıqlayıb.
FaktXəbər-in məlumatına görə, Departament əməkdaşları bildirirlər ki, Rusiyanın "Strekoza" adlı haker qrupu ABŞ-ın qorunan və təcrid edilmiş enerji şirkətlərinin şəbəkələrinə girib.
Departamentdən qeyd olunub ki, hakerlər enerji təchizatını poza bilər.
Qeyd edək ki, bir müddət əvvəl də ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəhbəri Kirsten Nielsen Rusiyanı sosial şəbəkələr vasitəsilə Amerika vətəndaşlar arasında "nifaq salmaq" cəhdində günahlandırmışdı.
Rusiya rəsmiləri bu bütün ittihamları təkzib edirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət