Dərc edildi: Baxış sayı: 481
KİV: Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırır
Rusiya Ermənistana min kubmetr qazın qiymətini 2020-ci il yanvarın 1-dən 200 dollara qaldırmaq niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazı dərc edib.
Bildirilib ki, Ermənistan hakimiyyəti Rusiya ilə təbii qazın qiymətinə dair aparılan danışıqların təfərrüatını gizlədir: “Danışıqlar Ermənistan tərəfi üçün yetərincə əlverişsiz şəraitdə keçir”.
Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən Rusiya Ermənistana satdığı təbii qazın min kubmetrini qiymətini 150 dollardan 165 dollaradək bahalaşdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət