Slimfit
  1. DÜNYA

KİV: Paşinyanın Vyetnama səfəri tələsik və hazırlıqsız olub

KİV: Paşinyanın Vyetnama səfəri tələsik və hazırlıqsız olub
Sakura

KİV: Paşinyanın Vyetnama səfəri tələsik və hazırlıqsız olub

Ermənistanın baş naziri Nikol Paşinyanın Vyetnama səfəri tələsik və hazırlıqsız olub.

Report” xəbər verir ki, bunu Ermənistanda çıxan “Past” qəzeti yazıb.

Bildirilib ki, bu il mayın 24-də Ermənistanın Vyetnamdakı səfiri Raisa Vardanyan geri çağırılaraq yerinə Vaqram Kajoyan təyin edilib.

Ancaq yeni səfir etimadnaməsini Vyetnam hakimiyyətinə təqdim etməyib. Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 5-də Vyetnama rəsmi səfərə yola düşüb. 

Qəzet hökumət başçısının səfərini tələsik və hazırlıqsız adlandıraraq yazıb: “Baş nazir faktiki olaraq Ermənistan səfiri etimadnaməsini təqdim etmədiyi ölkəyə gedir. Diplomatik qaydalara əsasən, bu anlaşılmazdır. Ona görə də səfirin etimadnaməsini təqdim etməsi üçün on gün gözləmək olardı. Bundan sonra səfər reallaşardı”.

Qeyd edək ki, iyulun 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti Vyetnama səfər edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR