Slimfit
  1. İQTİSADİYYAT

KİV: “OPEC+" iştirakçılarının əksəriyyəti neft hasilatını azaltmağa hazırdır

KİV: “OPEC+" iştirakçılarının əksəriyyəti neft hasilatını azaltmağa hazırdır
Sakura

KİV: “OPEC+" iştirakçılarının əksəriyyəti neft hasilatını azaltmağa hazırdır

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri ilə daim təmasdadır və sözü gedən formatın iştirakçılarının çoxu aprelin 6-da görüşün keçirilməsi ideyasını dəstəkləyir.

APA-Economics”in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə OPEC katibliyinin görüşə hazırlığı planları ilə tanış olan mənbə bildirib.

“İştirakçıların əksəriyyəti neft hasilatını azaltmağa hazırdır, konsensus ehtimalı çoxdur”, - deyə mənbə qeyd edib.

Xatırladaq ki, martın 6-da "OPEC+" ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər bir razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır.

Buna baxmayaraq, Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR