Slimfit
  1. MARAQLI

Kişini əsəbiləşdirmək istəyirsinizsə

Kişini əsəbiləşdirmək istəyirsinizsə
Sakura

Kişini əsəbiləşdirmək istəyirsinizsə

Sevdiyiniz sizi çox əsəbiləşdirib, ondan intiqammı almaq istəyirsiniz? Kişilər həqiqətən bu hərəkətlərə çox əsəbiləşirlər.

- Sevginizi elan edin, onu da özünüzə aşiq edin, sonda geri çəkilin.

- Hökmranlığın kimin əlində olduğunu göstərmək üçün mesajlarına, "mail"lərinə gec cavab verin.

- Sizi lazım gələrsə, 20 il belə gözləməsini istəyin.

- Zəng etdiyində tez söhbətinizi yarım qoyub cavab verməyin. Bir az gözləsin.

- Səhvən şəxsi qeydlərini oxuyub sonra izahat tələb edin.

- Sizin yanınızda telefonuna zəng gələrsə, " hə, bu kimdir görəsən" deyib, ağız-burun əyin.

- Görüşlərə 15 dəqiqə gec getməyi vərdiş edin.

- Hətta görüşlərinə getməyin. Sözlərinizin heç birini tutmayın. 

- Bahalı restoranlara aparanda yemək gələn kimi aclıqdan çıxmış kimi yeyin.

- Elə davranın ki, sanki heç ev işi bacarmırsınız. 

- Sizə hədiyyə aldığı ev əşyalarını anasına hədiyyə edin.

- Ən sevdiyi dostunu tənqid edin.

- Ən xoş günündə mübahisə yardın.

- O, maşın sürərkən elə hey sürməyinə qarışın.

- Film seyr edərkən əlini tutmayın.

- Zarafatlarına gülməyin.

- Keçmiş qız sevgililərini lağa qoyun.

- Yatmaq istədiyində lazım olmasa belə, gecə lampasını yanılı saxlayın.

- Yatarkən qol və ayaqlarınızla ona möhkəm sarılın ki, bütün bədəni keyimiş olsun.

- Zəngli saat çaldığında söndürməyin

- Hər gecə yatağa girmənizi gözləyərkən işinizi uzadın, sonra da yosunlu maska çəkib yatın.

 

- Dostlarınızla telefonda saatlarla danışın. Sonra o danışmaq istədiyində yorğun olduğunuzu, ya da tv seyr etmək istədiyinizi deyin.

- Televizor izləyərkən pultla kanalları tez-tez dəyişdirin.

- Nə oxuduğunu görmək üçün əlindən tez kitabı alıb səhifəni itirin.

- Qəzet oxumaq istəyərkən ayağınızı qucağına qoyun və ovmasını istəyin.

- Futbol izləyərkən ən həyəcanlı anında kanalı dəyişdirin.

- Meyvə istəyib istəmədiyini soruşun və qalxıb özünün gətirməsini gözləyin.

- Bayıra yemək almağa gedəndə acmadığınızı deyin, sonra o, yeyəndə istəyin.

- Elə hey sizi masaj etməsini istəyin, ancaq o istəyəndə yorğun olduğunuzu deyin.

- İlk əvvəl sizə masaj edərkən siz də söz verin ki, onu masaj edəcəksiniz, sonra yuxuya gedin.

- Evlilik söhbəti düşəndə rənginiz qaçsın.

- Nə danışdığına fikir verməyin.

- Telefonla danışarkən əsnəyin.

- Gününün necə keçdiyini soruşun, sözünü kəsin və öz gününüzü anladın.

- Gününün necə keçdiyini soruşun, sonra o biri otağa keçin.

- Gününün necə keçdiyini soruşmayın.

- Dostlarına maraqlı bir hadisəni danışarkən siz sözünü kəsib davam edin.

- Sizi sevdiyinizi deyəndə boş yanaşın.

- Ona ən sevdiyiniz aktyoru nümunə göstərin

- Yeni saç stilinə, təraş olmasına fikir verməyin. 

- Yeni geyim geyinəndə yaraşıb yaraşmadığına heç baxmadan cavab verin.

Mənbə: Milli.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR