Kişilərin sevgilisindən eşitmək istəmədiyi cümlələr
Kişilərin sevgilisindən eşitmək istəmədiyi, hətta qorxduğu bəzi cümlələr var. Məsələn “Bazarlığa gedək?” və ya “Atam kimi danışırsan” cümlələri kişiləri dəli edir.
“Gencaile.az” kişilərin sevgilisindən və həyat yoldaşından eşitməkdən qorxduğu cümlələri təqdim edir:
Düşündüm ki… Qızlar bu kəlmə ilə başlayan cümlə qururlarsa, deməli söhbət ciddidir. Çünki bu cümlə müxtəlif cür tamamlana bilər. “Düşündüm ki niyə məni sevirsən?”, ya da “Heç gələcəyimizlə bağlı düşündünmü?”.
Adam kimi hərəkət et! Bu cür cümlələr nəinki, kişinin mənliyinə toxunur, hətta təhqir edə bilər.
Ailəm səninlə tanış olmaq istəyir. Bu cümlənin iki mənası ola bilər: Ya münasibətləri rəsmiləşdirməliyik, ya da ki, qızın ailəsi sizi yoxlamaq istəyir.
Nə fikirləşirsən? Qadınlar hər şeylə maraqlanmağa can atırlar, kişilər haqqında hər şeyi xırda detallarına qədər bilmək istəyirlər. Amma kişilər özləri ilə bağlı hər şeyi deməyi xoşlamırlar, sakit olmağa üstünlük verərlər. Kişilərin anlayışlı qadınlara üstünlük verdiyini bununla izah etmək olar.
O qızdan xoşun gəldi? Kişilər yanından keçən bir sarışına baxanda bunu yanındakı sevgilisi hiss edibsə, vəziyyət qəlizləşə bilər. Belə ki, “Xoşuma gəlmədi” desəniz, yalan danışdığınızı başa düşəcək. “Hə amma ağzı yekə idi” deməklə kişilər özünüzü bu haldan qurtara bilər.
Məndə dəyişiklik hiss etdin? Əgər fikir verməmisinizsə, başınız bəladadır. Çünki qadın xarici görkəmində dəyişikliyi sevdiyi kişiyə görə edir. Bunun fərqinə varmamısnızsa, qadının halını özünüz təsəvvür edin.
Rəfiqəm evlənir. Qulaqda adi cümlə kimi səslənsə də, belə deyil. Bunu deyəndə səsindəki kədər qadının nələr düşündüyünü aydın göstərir. Bu nöqtədə əslində sizə “Biz nə vaxt evlənəcəyik “ deyə soruşmaq istəyir.
Danışmaq lazımdır. Bu cümlədən sonra siz gözəl və qəlbinizi ovunduran cümlə gözləməyin. Bu cümlə münasibətlərdəki problemlərin olduğunu bildirir. Ya sizə ayrılmaq istədiyini deyəcək, ya da ona yetəri qədər diqqət göstərmədiyinizdən şikayət edəcək.
Başım ağrıyır, özümü narahat hiss edirəm. Bu cümlə yataq otağında qurulursa, kişinin xəyalları puç olur. Bu halda onu nələr hiss etdiyini tapmaq çətin deyil.
Mənbə: Gəncailə.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət