Kişiləri nə xoşbəxt edir?
Kişilər də bəzi zamanlar ən xırda şeylərdən xoşbəxt ola bilirlər. Bəlkə də o kiçik şey sizin üçün əhəmiyyətsiz görünə bilər, ancaq kişini xoşbəxt edir. Əgər kişinin gözlədiyi kimi olmursa, araya məsafə qoyar, hətta mübahisə də edə bilər.
İcazə almaq
Bir yerə gedərkən, ya bir şey edərkən sevgilisinin ondan icazə alması kişini çox xoşbəxt edir. Kişilər hər münasibətdə son sözü özünün söyləməsini, bütün ipləri ələ almağı istəyər. Bu, sevdiyinizin hər dediyinə göz yumacaqsınız demək deyil, ancaq ona demədən bir şey etmədiyinizi hiss etdirin.
Dostlarınızla birlikdə ikən onunla mesajlaşmaq
Dostlarınızın yanında “Sonra danışsaq, olarmı?”, — deyə cavab yazmanız özünü dəyərsiz hiss etdirə bilər. Küsəyən biri olduğunu bilirsinizsə, belə etməyin. Yox, əgər başa düşən biridirsə, onsuz da o özü “dostlarına ayıb olmasın, sonra danışarıq” deyəcək.
Geyiminə diqqət etmək
Kişilərin qısqanc olduğunu hər qadın bilir. Sevgilisinə başqa birinin gözucu belə, baxmasına dözə bilməyən kişilər belə hallarda çox ciddi mübahisə yarada bilər. Çox dekolte və mini geyimləri geyinməməklə heç nə itirmirsiniz. Qısqandırmaqla soyutmaq arasında incə bağlantını unutmayın, qısqandıracağınızı düşünərkən özünüzdən soyuda bilərsiniz.
Başınızı sinəsinə qoymaq
Televizor izləyərkən, yataqda uzanarkən, bir sözlə, uyğun şəraitlərdə başınızı sinəsinə qoymanız və sizi qolları ilə qucaqlaması ən gözəl duyğulardan biridir. Qoruyucu olmaq, kişilərin istədiyi bir xüsusiyyətdir və sevdiyi qadının onun qollarında özünü güvəndə hiss etdiyini düşünmək onu çox xoşbəxt edir.
İlk mesajı sizin yazmanız
Qadınlar hər zaman ilk mesajı kişinin yazmasını gözləyər. Axı niyə ilk mesajı ancaq kişi yazmalıdır ki? Belə bir qanunmu var?! İlk mesajı kişi yazandan qadın necə xoşbəxt olursa, ilk mesajı qadın yazanda kişi də özünü o qədər xoşbəxt hiss edir. Tez-tez mesaj yazın. Bu, bezdirin anlamına gəlmir. Oturub saatlarla mesaj yazmasını gözləmək yerinə, siz yazın, ya da zəng edin. Bəlkə də sizə həqiqətən ehtiyac duyduğu bir andır, ancaq sizə yazacaq, ya zəng edəcək bir halda deyildir.
Ona dəyər verdiyinizi söyləmək
Əgər kişi münasibəti üçün çox çalışırsa, ona dəyər verdiyinizi eşitməkdən və xoş sözlərinizdən heç bir zaman sıxılmaz. Bunu ona həmişə xatırladın.
Bir-birinizi dinləmək
Kişilər sözünün eşidilməsini istəyər. Bir-birinizi dinlədiyinizdə problemlər həll olunur. Gərginlik azalır. Bəzən kişinin həyatında sıxıntıları ola bilər, işlə bağlı problemlər yaşaya bilər. Oturub gözlərinə baxaraq dinləməniz onunla gerçəkdən maraqlandığınızı hiss etdirmək onu içdən xoşbəxt edir.
Sərbəst olduğunu hiss etdirmək
Onu azad buraxın demirik. Sadəcə bunu ona hiss etdirin. Kişilər sərbəst olduğunu hiss etdiklərində sevdikləri qadına daha çox bağlanırlar.
Sıxıntıları unutdura biləcək qədər şən olmaq
Bir kişini xoşbəxt etməyi bacarırsınızsa, o kişi sizi itirmək istəməz. Qarşısında həmişə qaraqabaq biri yerinə gülərüz, zarafatcıl bir sevgili istəyər. Ancaq bunu edərkən çox da şitini çıxarmayın.
Ailə qavrayışını dərk etmək
Bir qadının ailəyə dəyər verməsi kişi üçün olduqca mühümdür. Ailəyə önəm verməyən, bu məsələdə nizamlı olmayan bir reaksiya ilə qarşılaşmaq onun xəyallarını puç edə bilər.
Mənbə: Kayzen.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət