Kişilər üçün ən yaxşı 5 avtomobil
İlk yer yeni nəsil Mercedes-AMG G-Class modelinə məxsusdur. Yeniliklər, müasir texnologiyalar, həmçinin dizayn təfəkkürünün inkişafına baxmayaraq. Model özünün ilkin nümunəsi və konud kvadrat formasını saxlayır. Avtomobil özündə inanılmaz şəkildə bütün mümkün imkanları və salonun lüksünü birləşdirir. AMG-nin çəkisi 2485kq təşkil edir.
Hummer H2 yolsuzluq avtomobilləri bazarının əfsanəsidir. Avtomobilin hərbi xidmətdə zəngin keçmişi var və ona olan tələbat çox yüksəkdir. Onda 6,2 litrlik V8 “amerikan” mühərriki quraşdırılıb, 398 at gücünə qədər sürətlənə bilər.
Lider üçlüyü ən məşhur hollivud yolsuzluq avtomobili - Cadillac Escalade bağlayır. Model çox vaxt məşhur ulduz və ya hökumət avtomobili rolunu oynayır. İndi avtomobilin yeni versiyası təklif olunur, həm də özündə imici və texnologiyasını saxlayır. Salonun qiyməti və “rahatlığı” yolsuzluq xüsusiyyətlərinin azalması üçün səbəb olmadı.
Jeep Wrangler ənənəvi olaraq əla yolsuzluq avtomobili və kişi “oyuncağı” hesab olunur. Model nadir hallarda ailə üçün əsas nəqliyyat vasitəsi kimi alınır, amma onun dizaynı, tarixi və həmçinin yolsuzluq imkanları ona laqeyd yanaşmağa imkan vermir. Yeni versiya yenilənmiş platforma, displeyli multimedia sistemi daxil olmaqla müasir elektron texnologiyalar əldə edib, amma ruhən əvvəlki “Cip” olaraq qalıb.
Toyota Land Cruiser uzun illər ərzində dəbdən çıxmayan klassik kişi avtomobilidir, həmçinin bir çox kişilərin hədəfidir. Avtomobil şəxsi zövq və cibə uyğun çoxsaylı modifikasiya, komplekt və əlavə seçimlərə malikdir. Əsas üstünlüyü isə onun etibarlılığıdır (model daim ən etibarlı avtomobillərin siyahısında liderlik edir).
Mənbə: carsweek.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət