Slimfit
  1. MARAQLI

Kişi və qadın geyimlərindəki düymələrin tikilməsi fərqliliyi

Kişi və qadın geyimlərindəki düymələrin tikilməsi fərqliliyi
Sakura

“Onda solda, məndə sağda”. Artıq 600 ildir ki, qadın paltarında düyməni sol tərəfdən, kişi paltarında…

Məlum fakt budur ki, köynək, cins və s. olmasından fərqli olmayaraq kişi geyimində düymələr sağ tərəfdə, qadın geyimində sol tərəfdə tikilir. Lakin bunu modelyerlər də daxil olmaqla çoxları nə üçün belə etdiklərini bilmir. Moda tarixi təsdiq edir ki, bu adət İntibah dövründən formalaşıb.

XIV-XVI əsrlərdə varlı qadınlar heç vaxt sərbəst geyinmirdilər: qulluqçular uzun ətək, korset, turnür və digər qarderob əşyaları geyinməkdə onlara kömək edirdilər. Qulluqçulara çoxlu sayda düymələri bağlamağı asanlaşdırmaq üçün modelyerlər onları sol tərəfdə tikməyə başladılar – geyindirənin sağ əli tərəfindən. Maraqlıdır ki, bu adət kütləvi geyim istehsalı başlayan XX əsri də keçib.

Adlı-sanlı kişilər qadınlardan fərqli olaraq sərbəst geyinirdilər, lakin düymələri onların geyiminin sağ tərəfində bu səbəbdən tikmirdilər: bu hərbi adətdir. Forma onu tez geyinmək və sərbəst əllə çıxarmağa rahat olması üçün soldan sağa düymələnməlidir. Bundan başqa lazım olduqda silah tutulan sağ əli paltarın sol boş tərəfində qızışdırmaq olar.

Bu düymə sirrinin daha sadə izahı var: tikəndə qadın və kişi paltarını səhv salmamaq üçün. Necə olmasa da gender fərqliliyi aradan tam qalxsa da, adət indiyə qədər saxlanılıb.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR