Slimfit
  1. DÜNYA

Kişi dəfnindən iki gün sonra evinə qayıdıb

Kişi dəfnindən iki gün sonra evinə qayıdıb
Sakura

Kişi dəfnindən iki gün sonra evinə qayıdıb

Dəfnindən iki gün sonra evinə qayıdan Əhməd Hassan, qapının bağlı olduğunu görüb. Onun "xortlamasından"qorxan qonşular isə polis çağırıblar.

Hindistanın Kampur şəhərinin sakini dəfn mərasimindən iki gün sonra evə qayıdıb. Ens.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Times Now News nəşri şəhər polisinə istinadla məlumat ytayıb.

Hadisə avqustun əvvəlində baş verib. Əhməd Hassan həyat yoldaşı ilə mübahisə edərək evdən gedib. Narahat olan qohumları adamın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət ediblər.

Avqustun beşində polis məmurları Hassanın təsvirinə uyğun gələn kişi meyiti tapıblar. Həyat yoldaşı və qardaşları cəsədin Əhmədə aid olduğunu təsdiqləyiblər. Dəfn mərasimi elə həmin gün baş tutub.

Ancaq dəfndən iki gün sonra Əhməd Hassan evinə qayıdıb. Evin qapısı bağlı olub, qorxmuş qonşular isə polis çağırıblar. Polis Hassanı polis şöbəsinə aparıblar.

"Mərhum" izah edib ki, həyat yoldaşı ilə mübahisədən sonra o, işləməyə qərar verib və zavodda işə düzəlib. Maaşını alandan sonra evə gedib, ancaq heç kəsi tapmayıb. Polis idarəsində isə artıq "dəfn olunduğunu" öyrənib.

Hassanın həyat yoldaşı etiraf edib ki, ərini sağ-salamat gördüyü üçün xoşbəxtdir. O, meyitə baxarkən bunun ərinə aid olduğuna şübhə ilə yanaşıb, lakin qayınları onun fikrini qətiləşdiriblər.

Polis indi dəfn olunan adamın kimliyini araşdırır.

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR