Slimfit
  1. SİYASƏT

Kiselyov: “Rəsmi Bakının icazəsi lazımdır”

Kiselyov: “Rəsmi Bakının icazəsi lazımdır”
Sakura

Kiselyov: “Rəsmi Bakının icazəsi lazımdır”

Kiselyov: “Rəsmi Bakının icazəsi lazımdır”

“Sputnik” radiosunun Qarabağda yayımının dayandırılması Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın 1991-ci il sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımağa hazır olması barədə bəyanatı ilə bağlıdır.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu “Russia Today” media qrupunun baş direktoru Dmitri Kiselyov Dövlət Dumasının deputatı Konstantin Zatulinin məktubuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, bundan sonrakı yayım üçün rəsmi Bakıdan icazə lazımdır.

“Biz bu bəyanatdan çıxış edərək hesab edirik ki, Azərbaycanın tənzimləyici orqanlarının razılığı olmadan Qarabağ ərazisində radiokanalımızın retranslyasiyasının davam etdirilməsi Moskvanın Bakı ilə münasibətlərinin səmimiliyinə şübhə yaradır”, - deyə o, cavab mətkubunda yazıb.

Eyni zamanda, məktubda vurğulanır ki, Rusiya ənənəvi olaraq hər iki ölkə ilə - Azərbaycan və Ermənistanla yaxşı münasibətlər saxlayır.

Xatırladaq ki, bir müddət əvvəl Nikolay Zatulin öz “Telegram” kanalında məktub dərc edərək Kiselyovdan “Sputnik Ermənistan” radiokanalının Qarabağ ərazisində yayımını dayandırmaq qərarına yenidən baxmağı xahiş etmişdi.

Qeyd edək ki, sentyabrın 1-dən Qarabağda radionun yayımı dayandırılır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR