Kirbi Ukraynanın Rusiyaya Amerika silahları ilə zərbə endirmək hüququndan danışdı
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya Amerika silahları ilə zərbə endirmək hüququndan danışıb.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ Rusiya ərazilərinə hücumlar həyata keçirmək üçün Ukrayna ordusunun Amerika silahlarından istifadəsinin yolverilməzliyi ilə bağlı mövqeyini dəyişməyib.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməsinə icazə verməyə çağırıb. Baş katibin sözlərinə görə, Kiyev Rusiya Federasiyasındakı “qanuni hərbi hədəflərə” zərbə endirə bilmədiyi üçün ölkənin özünümüdafiə etməsi çətindir.
Daha sonra Stoltenberq də bildirib ki, alyans Ukraynaya qoşun yeritməyi planlaşdırmır. Onun sözlərinə görə, alyans münaqişənin bir hissəsi olmaq niyyətində deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət