Tamraz Əliyeva – Tələbə: “Mən öz yaxın ətrafımdan, qohumlarımdan deyə bilərəm ki, onlar bu il universitetə qəbul olublar, lakin 1 aya yaxındır ki, kirayə yer axtarırlar”.

Dövlət Pedoqoji, Aqrar və Tibb Universitetində isə vəziyyət bir qədər fərqlidi. Tibb Universitetinin 6 yataqxanasından cəmi birində məcburi köçkünlər yerləşib, digər 5 yataqxana isə tələbələrin ixtiyarındadır və indiyədək 956 tələbənin yerləşdirilməsi başa çatıb.

Ekspertlər isə bu fikirdədirlər ki, müasir universitetin ondan tələb olunan ehtiyacları ödəyə bilməsi üçün imkanları daha geniş olmalı, müasir informasiya texnologiyaları, yüksək tələblərə cavab verən avadanlıqlarla təchiz olunmalıdır. Bundan başqa, ali təhsil ocaqlarında tələbələrin elmlə rahat şəkildə məşğul olmaları üçün kampus şəraiti formalaşmalıdır.

Elşən Qafarov – Təhsil Üzrə Ekspert: “Hazırda kampus şəraitində fəaliyyətə mane olan ən böyük problemlərdən biri məcburi köçkünlərin Sovet dövründən mövcud olan tələbə yataqxanalarında məskunlaşmasıdır. Lakin dövlətin bugün gördüyü sistemli tədbirlərdən biri də odur ki, məöcburi köçkünlər üçün Bakı və Abşeron ətrafında şəhərciklər salınır və həmin yataqxanalar boşaldılır”.

Ekspertlər deyir ki, istər dövlət, istərsə də, özəl universitetlər tələbələrin təxminən böyük faizinin ödənişli təhsil aldığını və illik ödənişlə yanaşı, ayda azı 200 manat kirayə ödəmək məcburiyyətində qaldığını nəzərə almalı, illərdir həllini tapmayan yataqxana problemini tezliklə çözülməsində maraqlı olmalıdır. Axı, tələbənin sosial problemi, qayğıları artdıqca, bu onun təhsilinə, elm öyrənməsinə də mane olur.
BAKU.WS


VİDEO
 
Mənbə: baku.ws