Slimfit
  1. CƏMİYYƏT

Kirayə mənzil bazarı “ölüb”

Kirayə mənzil bazarı “ölüb”
Sakura

Kirayə mənzil bazarı “ölüb”

Kirayə mənzil bazarında ucuzlaşma müşahidə olunur, karantin rejimi əmlak bazarına ciddi təsir edib.

Ens.az xəbər verir ki, bunu Modern.az-a əmlak bazarı üzrə ekspert Rəşad Əliyev deyib. Ekspert qeyd edib ki, həm kirayə mənzil bazarında, həm də mənzillərin satışında qiymət artımının olması gözlənilmir:

“Yay ayları gəldiyi üçün kirayə mənzil bazarında qarşıdakı aylar ərzində bahalaşmanın olacağı gözlənilmir. Bundan başqa artıq tələbələr də onlayn dərs sisteminə keçib, bu da bazarda qiymət artımına əngəl olan məsələdir. Çünki əksər tələbələr bölgələrə qayıtdığı üçün yaşadıqları kirayə mənzili tərk ediblər. Karantin dövründə hərəkət məhduudlaşdırıldığına görə hazırda bazar qeyri-aktivdir. Kirayə mənzil bazarında, eləcə də mənzillərin satışında ciddi qiymət dəyişikliyi yoxdur. Elə sahibkar var ki, mənzil kirayəsi ilə bağlı elan verib, amma bir dəfə də olsun ona mənzillə bağlı zəng gəlmədiyini deyir. Kirayə bazarında qiymətlərin düşmə ehtimalı gözlənilir. Hazırda cüzi də olsa qiymətlərdə azalma müşahidə edə bilərik. Amma bazar bağlı olduğu üçün tam müşahidə aparmaq mümkün deyil. Karantin yumşaldıqca bazar da aktivləşməyə başlayacaq”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR