Slimfit
  1. AZƏRBAYCAN

Kirayə evlər ucuzlaşacaq - Tarix açıqlandı

Kirayə evlər ucuzlaşacaq - Tarix açıqlandı
Sakura

"Kirayə mənzil bazarında hazırda bahalaşma müşahidə olunur"

Bunu "Kommersant.az"a açıqlamasında daşınmaz əmlak eksperti Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, paytaxtda evlərin bir kvadrat metri 861 manatdan 898 manata qədər artıb:

"Mövsümi aylarda - avqustun sonu, sentyabrın əvvəllərində və oktyabrın birinci yarısında tələbat artdığından, kirayə mənzil bazarında bahalaşma hökm sürür. Sentyabrın 1-dən oktyabrın 1-dək kirayə mənzil bazarında 4,3% artım qeydə alınıb. İlin əvvəli ilə müqayisədə isə 10,28% bahalaşma müşahidə edilir."

Ekspert qeyd edib ki, Bakı şəhərində daşınmaz əmlak bazarında qiymətlər xaotik şəkildə dəyişir:

"Yeni tikililərdə 1 otaqlı mənzillər 330 manata, 2 otaqlı mənzillər 668 manata, 3 otaqlı evlər 1020 manata, 4 otaqlı mənzillər isə 1300 manata kirayə edilir. Köhnə tikililərdə isə 1 otaqlı mənzillər 220 manata, 2 otaqlı mənzillər 350 manata, 3 otaqlı evlər 440 manata, 4 otaqlılar isə təqribən 750 manata kirayə verilir".

N.İbrahimov vurğulayıb ki, kirayə mənzil bazarında ucuzlaşma noyabr və dekabrın ilk 10 günündə müşahidə ediləcək:

"Məsələn, ucuzlaşma sayəsində 400 manatlıq mənzil 375-360 manata düşə bilər. 2019-cu ilin ilk ucuzlaşması isə apreldə qeydə alınacaq", - deyə, ekspert qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR