Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kimlərin mütləq yumurta yeməsi lazımdır?

Kimlərin mütləq yumurta yeməsi lazımdır?
Sakura

Kimlərin mütləq yumurta yeməsi lazımdır?

Yumurtanın tərkibindəki xolesterinə görə insan sağlamlığı üçün təhlükəli olduğu iddiası çoxdan köhnəlib. Elm sübut edib ki, insanın orqanizmindəki xolesterinin miqdarı birbaşa rasionla bağlı deyil. Toyuq yumurtası qıdalandırıcı elementlərlə zəngindir və vitaminləri mövsümlərarası fasilədə yemək vacbdir – bu sağlamlığı möhkəmləndirir.

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, yumurtanın tərkibində sağlamlıq üçün vacib olan vitaminlər: A vitamini, D vitamini, E vitamini, B vitaminlər qrupu var. Yumurta asanlıqla mənimsənilir və həzm olunur, kalorisi azdır. Son araşdırma göstərir ki, yumurta yeməklə orqanizmə ziyan vurmadan çəkini azaltmaq mümkündür.

Yumurtadakı lesitin və dəmir vəhdəti qan dövranı prosesini yaxşılaşdırır. Elmi cəhətdən sübut olunub ki, qida rasionunda yumurtanın olması qan təzyiqinin normada saxlanılmasına xidmət edir.

Qidalanma sahəsi üzrə ekspertlər onu da iddia edir ki, yumurta ağ ciyərin işini yaxşılaşdırır, immunitetə bakteriyalarla mübarizə aparmağa kömək edir, onkoloji xəstəliklərin inkişaf  riskinin azalmasına dəstək verir.

Çiy toyuq yumurtası əsəb sistemi xəstəliyindən əziyyət çəkən insanlara məsləhət görülür. Eləcə də çiy yumurtadan istifadə civə və  arsen preparatı istehsal edilən zərərli sənaye sahələrində çalışanlara təklif olunur. Bundan əlavə , ağ çiy yumurta iltihab xəstəlikləri ilə mübarizə üçün (məsələn, kəskin asidoz zamanı ona əl atılır) təsirli olur.

Orqanizm üçün zərər vermədən neçə yumurta yeməyin mümkün olduğu sualına isə dəqiq cavab yoxdur. Diyetoloqlar həftədə 4-7 yumurta yeməyi məsləhət görürlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR