Slimfit
  1. AZƏRBAYCAN

Kimlər “Atalıq məzuniyyəti”nə çıxa bilər?

Kimlər “Atalıq məzuniyyəti”nə çıxa bilər?
Sakura

Kimlər “Atalıq məzuniyyəti”nə çıxa bilər?

Bəzi dünya ölkələrinin qanunvericiliyində “atalıq məzuniyyəti” ilə bağlı müəyyən qaydalar var. Məsələn, Norveçdə bu, məcburidir və 14 həftəlikdir.

Son vaxtlar Azərbaycanda da sözügedən məsələ ilə bağlı bira sıra təkliflər irəli sürülüb. Belə ki, “atalıq məzuniyyəti” təklifi “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair “Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib. Ancaq demək olar ki, əksəriyyətimiz “atalıq məzuniyyətinin” nə olduğundan xəbərsizik.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini Əbülfət Bayramov deyir ki, “atalıq məzuniyyəti” ödənişli olaraq müəyyən şərtlər daxilində qismən həyata keçirilə bilər.

Qurum rəsmisinin sözlərinə görə, əgər dünyaya gələn uşaq  xroniki xəstəlikdən əziyyət çəkərsə və ya fiziki qüsurlu doğularsa, o zaman ödənişsiz məzuniyyət də vermək mümkündür. 

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilər iki həftə, ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, həm kişi, həm də qadın yeddi gün ödənişsiz məzuniyyətə çıxa bilər.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR