Dərc edildi: Baxış sayı: 688
Kimlər arterial təzyiqini ölçməlidir?
Yüksək arterial təzyiqin bir çox hallarda heç bir əlaməti olmadığı üçün xəstə bu barədə məlumatsız ola bilər. Buna görə də hər bir insan ən azı 3 ildən bir mütləq təzyiqini ölçdürməlidir.
e-tibb.az xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin hazırladığı maarifləndirci məlumatda qeyd olunub.
Bildirilir ki, arterial qan təzyiqi bəzi əhali qruplarında daha tez-tez, yəni ən azı ildə iki dəfə yoxlanmalıdır.
Bu qruplara kimlər aiddir?
Yaşı 45-dən yuxarı olanlar
Şəkərli diabeti olanlar
Hamilə qadınlar
Klimakterik dövrdə olan qadınlar
Artıq bədən çəkisi olanlar
Zərərli vərdişləri olanlar
Əvvəllər heç olmazsa, bir dəfə təzyiq göstəriciləri 140/90 mm civə sütunu olanlar
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət