Kim Çenlə bir-birimizə vurulduq - Tramp
Sinqapurda keçirilən görüşlər zamanı Şimali Koreya lideri Kim Çen İnlə bir-birimizə vurulduq.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Qərbi Virciniyada keçirilən mitinqdə çıxışı zamanı danışıb.
“Mən də onun kimi sərt davranırdım. Daha sonra bir-birimizə vurulduq. Sözün əsl mənasında yox. O mənə möhtəşəm məktublar yazıb”, - Tramp bildirib.
ABŞ Prezidenti Pxenyanın Obama və əvvəlki prezidentlər dövründə hətta Vaşinqtondan gələn zənglərə cavab vermədiyini qeyd edib:
“Onlar zəng edəndə, bir daha zəng etməmələrini istəyirdilər. Obama işləri mənə təhvil verəndə yeganə böyük problemin Şimali Koreya olduğunu dedi. O, Şimali Koreya ilə müharibənin astanasında idi. Lakin xoşbəxtlikdən onun dövrü artıq sona çatdı”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət