Dərc edildi: Baxış sayı: 271
Cənubi Koreyada yayımlanan ikiillik müdafiə hesabatından Şimali Koreya hökuməti və ordusu ilə bağlı…
Cənubi Koreyada yayımlanan ikiillik müdafiə hesabatından Şimali Koreya hökuməti və ordusu ilə bağlı “düşmən” ifadəsi çıxarılıb.
Axar.az xəbər verir ki, sözügedən hesabat Cənubi Koreyanın Müdafiə Nazirliyi tərəfindən yayımlanıb.
“Ağ hesabat” adlandırılan sənəddə 2010-cu ildən sonra ilk dəfə Şimali Koreya ilə bağlı “düşmən”, “mövcud düşmən” və “əsl düşmən” ifadələri işlədilməyib.
Xatırladaq ki, 2 il əvvəl yayımlanan hesabatda Şimali Koreyanın kütləvi qırğın silahları Cənubi Koreyanın təhlükəsizliyinə təhdid kimi göstərilmişdi. Bu təhdidlər davam etdiyi müddətdə isə Şimali Koreyanın düşmən olacağı qeyd olunmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət