Kim Çen Inla bağlı inanılmaz iddia: Koronavirusa yoluxduğu üçün gizlənib?
Şimali Koreya lideri Kim Çen In koronavirus infeksiyasının yayılmasına görə gizlənmiş ola bilər.
Bu barədə “The Guardian” yapon jurnalist Ciro İsimaruya istinadən məlumat yayıb.
C.İsimaru Kim Çen Inın ölməsi barədə məlumatlara şübhə ilə yanaşıb. Onun sözlərinə görə, əks halda, sözügedən xəbər daha çox əks-səda doğurardı.
“Belə bir fərziyyə var ki, ya o (Kim Çen In), ya da ətrafından kimsə koronavirusa yoluxub”, - deyə jurnalist bildirib.
Jurnalist ehtimal edir ki, Şimali Koreya lideri ölkənin cənub-şərqindəki Vonsan şəhərində gizlənir, çünki onun qatarı ora istiqamətlənib. C.İsimaru, həmçinin, bütün bunların Kim Çen Inın hiyləgər planı ola biləcəyini və Şimali Koreya liderinin “hər kəsi barmağına doladığını” da istisna etməyib.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət