Dərc edildi: Baxış sayı: 1418
Kim Çen In yoxa çıxıb
Şimali Koreya lideri Kim Çen Inın yoxa çıxması barədə məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Renhap” agentliyi məlumat yayıb.
Bildirilir ki, Kim Çen In artıq 15 gündür görünmür. Şimali Koreya liderinin ölkədə keçirilən tədbirlərdə iştirakı barədə son məlumat avqustun 21-də yayılıb.
Sabah Kim Çen Inın Cənubi Koreya prezidentinin xüsusi elçiləri ilə görüşü planlaşdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət