Kim Çen In yeni taktiki idarə olunan raketlərin sınaqlarında iştirak edib
KXDR ölkə lideri Kim Çen Inın şəxsi rəhbərliyi altında atılan yeni taktiki idarə olunan raketləri işə salıb.
"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Yonhap agentliyi Şimali Koreyanın ÇTAK agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, ölkənin qərb hissəsindəki aerodromdan atılan iki taktiki idarə olunan raket paytaxt ərazisi və mərkəzi bölgələr üzərindən uçaraq Şərqdəki adada hədəfi uğurla vurub.
Sınaq nəticələrinə görə, onları müşahidə edən Kim Çen In, raketlərin atılmasının "Cənubi Koreya və ABŞ-ın birgə hərbi təlimləri ilə əlaqədar xəbərdarlıq göndərmək üçün bir fürsət" olduğunu söyləyib.
Konqres Trump-ı Türkiyəyə qarşı S-400 üzərindən sanksiya tətbiq etməyə məcbur edə bilər
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət