Slimfit
  1. DÜNYA

Kim Çen In daşqınlarla mübarizədə xarici yardıma ümid etməməyə çağırıb

Kim Çen In daşqınlarla mübarizədə xarici yardıma ümid etməməyə çağırıb
Sakura

Kim Çen In daşqınlarla mübarizədə xarici yardıma ümid etməməyə çağırıb

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkədə leysan yağışlarının səbəb olduğu daşqınların nəticələrini daxili imkanlarla aradan qaldırmağın vacibliyini bildirib və koronavirus pandemiyası fonunda xarici dəstəkdən imtina edib.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

"Dünyada təhlükəli koronavirusun yayılması ilə bağlı vəziyyət ağırlaşır. Bu səbəbdən daşqınlarla mübarizədə xarici yardımdan imtina etmək, sərhədləri tam bağlamaq və epidemiya əleyhinə işləri məsuliyyətlə aparmaq lazımdır", - deyə Kim Çen In Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunda çıxışı zamanı bildirib.

Bununla yanaşı, Koreya Respublikası Birləşmə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Ço He Sil jurnalistlər üçün təşkil olunan brifinqdə KXDR liderinin xarici yardımdan imtina etmək barədə şifahi göstərişinə baxmayaraq, ölkəsinin əvvəlki mövqedə qaldığını və siyasətə aid olmayan sahələr, o cümlədən humanitar məsələlər üzrə Pxenyan ilə əməkdaşlığa hazır olduqlarını deyib.

Qeyd edək ki, avqustun əvvəlindən Koreya yarımadasını cənginə alan leysan yağışlar Şimali Koreyada 39 min hektar əkin sahəsini su altında qoyub və 16 min evi yararsız vəziyyətə salıb. Təbii fəlakət ən çox ölkənin Kanvondo, Hvanhe-Namdo və Hvanhe-Pukto əyalətlərinə zərər vurub. Güclü yağışlar Hvanhe-Pukto əyalətində su bəndinin dağılmasına səbəb olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR