Dərc edildi: Baxış sayı: 543
Kim Çen In ABŞ-la danışıqları bərpa etməyə hazırdır
Bu barədə ölkənin xarici işlər nazirinin birinci müavini Çoy Son Hui bildirib
Şimali Koreya rəhbərliyi sentyabr ayının sonunadək ABŞ ilə nüvəsizləşdirmə ilə bağlı danışıqları bərpa etməyə hazırdır.
Koreya Mərkəzi Xəbərlər Agentliyi (KCNA) xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin birinci müavini Çoy Son Hui bildirib.
“Sentyabrın sonuna yaxın ABŞ tərəfi ilə yeri və tarixini razılaşdırmaqla indiyədək müzakirə etdiyimiz problem barədə əhatəli müzakirə aparmağa hazırıq”, - Çoy Son Hui qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət