Kim Çen In ABŞ-a xəbərdarlıq etdi: əməl etməyəcəyik!
Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə-raket sınaqları ilə bağlı özünün müəyyən etdiyi moratoriuma bundan sonra əməl etməyəcəyini açıqlayıb.
Unikal.org Yonhap agentliyinə istinadla xəbər verir ki, KXDR buna səbəb kimi ABŞ-ın tətbiq etdiyi “qəddar və qeyri-insani” sanksiyaların davam etməsini göstərib. “Biz artıq digər tərəfin yerinə yetirmədiyi öhdəliklərə birtərəfli qaydada bağlı qalmağın mənasını görmürük”, - deyə Şimali Koreyanın BMT-nin Cenevrə bölməsindəki nümayəndəliyinin müşaviri Cu Yonq-çol qurumun himayəsi ilə keçirilən tərksilah konfransında bildirib.
Qeyd edək ki, KXDR tərəfi nüvə danışıqlarının bərpasından ötrü yeni təkliflər irəli sürmək üçün ABŞ-a 2019-cu ilin sonunadək vaxt vermişdi.
Xatırladaq ki, Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri Kim Çen Indir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət