Kiloqramı 4-7 min manata satılır - Dünyanın ən bahali südü
Arı südü dünyanın ən bahalı südü hesab edilir.
Kiloqramı təxminən 4-7 min manata satılan arı südünün istehsal rəqəmləri də o qədər yüksək deyil.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbərinə görə, Türkiyədə hər il cəmi 50 kiloya yaxın arı südü istehsal olunur. Xərçəng və bu kimi bir sıra dəhşətli xəstəliklərin müalicəsi üçün arı südü tövsiyə edilir.
Arı südü ən güclü bioloji stimulyator sayılır - orqanizmi möhkəmləndirir, tonusunu artırır, xəstəliklərlə mübarizə etməyə yardım edir.
Bundan əlavə arı südü ən güclü təbii antibiotiklərdən biri sayılır, stafilokokk, streptokokk və vərəm çöpünə öldürücü təsir edir.
Arı südü kişilərdə cinsi zəifliyini və sonsuzluğu müalicə etmək üçün istifadə olunur.
Arı südü ürək əzələsinə çox müsbət təsir edir, infarkt kiçirmiş xəstələrin vəziyyətini yaxşılaşdırır.
Mütəxəssislərin sözlərinə görə, arı südü həm də yuxu problemi və depressiyadan əziyyət çəkən şəxslər üçün faydalıdır.
Artıq çəkidən azad olmaq, dəri problemlərinin arada qaldırılması və saç tökülmısinin qarşısının alınması üçün arı südündən istifadə tövsiyə olunur.
Kosmetologiyada arı südü müxtəlif krem və digər baxım vasitələrinin tərkibində çox geniş istifadə olunur. Arı südü dərini cavanlaşdırır.
Həkimlər tövsiyə edir ki, 2 ay müddətində hər gün ac qarına 10-12 qram arı südü qəbul etmək lazımdır.
Mənbə : Hurriyet.org
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət