Slimfit
  1. TÜRKİYƏ

Kılıçdaroğlunun seçkilərdəki məğlubiyyətinə görə onun partiyasının İcraiyyə Komitəsi istefa verib

Kılıçdaroğlunun seçkilərdəki məğlubiyyətinə görə onun partiyasının İcraiyyə Komitəsi istefa verib
Sakura

Kılıçdaroğlunun seçkilərdəki məğlubiyyətinə görə onun partiyasının İcraiyyə Komitəsi istefa verib

Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının (CHP) İcraiyyə Komitəsi Türkiyədə prezident seçkilərinin ikinci turunda müxalifət liderinin məğlubiyyətindən sonra cümə axşamı tam tərkibdə istefa verib. CHP-nin rəhbər orqanının toplantısı 4,5 saat davam edib və mətbuata bağlı keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “CNN Turk” məlumat yayıb.

Teleşirkətin məlumatına görə, Türkiyənin ən qədim partiyasının rəhbərliyinin 17 nümayəndəsi istefa verib.

Yerli mətbuatın yazdığına görə, Kılıçdaroğlu 2010-cu ildən CHP-yə rəhbərlik etsə də, bir dəfə də olsun ümumxalq seçkilərində qalib gəlməyən liderin dəyişməsinin zəruriliyi barədə fikirlər səslənir. Lakin Kılıçdaroğlu bir müddət əvvəl vəzifəsini tərk etmək fikrində olmadığını bildirmişdi.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR