Slimfit
  1. İDMAN

Kikboksçumuz Çində ən güclü oldu

Kikboksçumuz Çində ən güclü oldu
Sakura

Kikboksçumuz Çində ən güclü oldu

 

Azərbaycanlı kikboksçu Ramal Aslanov daha bir yarışın qalibi olub. 

Oxu.Az xəbər verir ki, “Lord” ləqəbli idmançımız Çində keçirilən beynəlxalq kikboksinq yarışında qələbə qazanıb.

Yarışla bağlı idmançının fikirlərini öyrəndik:

“FF döyüş təşkilatının ən güclüləri burada yarışırdı. Mən 2016-cı ildə bu yarışın “Qran Pri”sinin qalibi olmuşdum. Ən güclü səkkiz idmançı arasında birinci yeri tutmuşdum. İndi qarşılaşdığım Su Liu adlı çinli idmançı isə 2018-ci ildə bu turnirin qalibi olub. Üstəlik, o, “Glory 57”nin də çempionu idi”.

R.Aslanov rəqibini necə məğlub etməsindən də danışıb:

“Döyüş çətin keçdi. Bu dəfə taktikada dəyişiklik etmişdim. Çünki rəqiblərim bilir ki, əl zərbələrim güclüdür. Ona görə də bu dəfə döyüş vaxtı daha çox ayaq və diz zərbələrinə üstünlük verdim. Nəticədə xal hesabı ilə rəqibimə qalib gəlib kuboku qazandım”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR