Slimfit
  1. İQTİSADİYYAT

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi maliyyə hesabatını açıqladı

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi maliyyə hesabatını açıqladı
Sakura

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi maliyyə hesabatını açıqladı

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2019-cu ildə əldə etdiyi gəlirlərin hamısını xərclərinə yönəldib. 

Ens.az xəbər verir ki, "Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir. 

Sənədə əsasən, ötən il KOBİA 7,7 milyon manat əməliyyat gəlirləri əldə edib. Bu, əvvəlki ilə nisbətən təxminən 61 dəfə çoxdur. 

Hesabat dövründə qurumun xərcləri də elə bu qədər olub. Belə ki, Agentliyin istifadə etdiyi materialların dəyəri 136 min manat (illik müqayisədə 8,5 dəfə çox), işçi heyəti üzrə xərcləri 4,7 milyon manat (4,2 dəfə çox), amortizasiya xərcləri 314 min manat (əvvəlki il olmayıb), əməliyyat xərcləri isə 2,6 milyon manat (5,4 dəfə çox) təşkil edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR